Ruslar Zelenskini Hitlerlə müqayisə edir: Biri SSRİ-yə, digəri Rusiyaya qarşı...

18:44 4 May 2023

Kiyev tərəfindən hərbi əməliyyatların davam etdirilməsində israr edən Qərb münaqişədə iştirakını və onun davam etdirilməsində maraqlı olduğunu təsdiqləyir/ Bu vəziyyət SSRİ-yə hücumdan əvvəl nasist Almaniyasına yardım göstərilməsinə bənzəyir.

Sitat.info xəbər verir ki, bu gün Moskvada Qələbə Gününə həsr olunmuş bayram konsertində Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov bildirib.

"Bu gün ABŞ, Avropa İttifaqı və NATO Kiyevin döyüş əməliyyatlarını davam etdirməsində, sonuncu ukraynalıya qədər müharibə aparmasında israrlıdır. Onlar açıq şəkildə Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu planlaşdırır, münaqişədə birbaşa iştirakını təsdiqləyir" -Qrızlov bildirib. 

O qeyd edib ki, İkinci Dünya Müharibəsinin ilk güllələrinə qədər London və Vaşinqton əsas geosiyasi rəqiblərini – Sovet İttifaqını zəiflətmək və ya məhv etmək üçün  Hitlerin əllərinə ümid edirdilər. Bu gün ABŞ, Avropa İttifaqı və NATO eyni qəsdən uğursuz paradiqma çərçivəsində  fəaliyyət göstərir, Ukrayna nasizmini Rusiyaya qarşı silaha çevirir”, - səfir bildirib.

Qeyd edək ki, bunun əksinə olaraq dünya ictimaiyyəti işğalçı siyasət yürüdən prezident Putini Hitlerə bənzədir. 

 Nərgiz,

Sitat.info



Xəbər xətti