Rusiya Federasiyasından Ermənistana təbii qazın tədarükü bərpa edilib.
Sitat.info xəbər verir ki, bu barədə “Qazprom Ermənistan”ın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Stavropol diyarında “Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəmərində planlaşdırılmış təmir işləri başa çatdırılıb. Bununla əlaqədar olaraq mayın 4-də saat 16:30-dan etibarən qazın verilişi bərpa edilib.
Xatırladaq ki, Ermənistana qaz təchizatı mayın 1-dən etibarən dayandırılmışdı./ Musavat.com