Türkiyə səfirliyi qarşısında Quranı yandıran şəxs üçün QƏRAR VERİLDİ

11:16 5 May 2023

Yanvarda 21-də Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quran-ı Kərimi yandıran Danimarkanın ifrat sağçı Sərt İstiqamət Partiyasının (Stram Kurs) lideri Rasmus Paludan üçün Malmö Prokurorluğu tərəfindən həbs qərarı verilib.

Sitat.info-nun məlumatına görə, ölkənin ən böyük qəzeti olan “Aftonbladet”, Malmö Prokurorluğunun müxtəlif şəxslər və qurumlar tərəfindən Quranı təhqir etdiyi üçün "nifrət cinayəti" ilə mühakimə olunan Paludan haqqında həbs qərarı çıxardığını bəyan edib.

Qəzetə açıqlama verən Paludan: “Ümumilikdə İsveç polisi və xüsusilə Malmö polisi məni qorumaq istəmir, ona görə də İsveçə gəlmək mənim üçün təhlükəlidir və İsveçə gəlmək istəmirəm, videoda ifadə vermək istəyirəm”, - deyib.

Paludan haqqında qiyabi həbs qərarı çıxaran prokuror, mövzu ilə bağlı açıqlama vermək istəmədiyini bildirib.



Xəbər xətti