Bütün imkanlarımızla qardaşlarımızın yanındayıq - Ərdoğan

11:37 5 May 2023

Liviyada, Suriyada, 30 ildən sonra işğaldan azad edilən Qarabağda olduğu kimi, lazım olanda bütün imkanlarımızla qardaşlarımızın yanında olacağıq.

Sitat.info xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tvitter hesabında yazıb.

Ərdoğan bildirib ki, Türkiyə siyasi, diplomatik və hərbi gücü ilə terror təşkilatlarına qətiyyətli zərbələr endirir:

“Ölkəmiz 3 qitənin geosiyasi mərkəzi olmasına baxmayaraq, uzun illər təkvektorlu xarici siyasət kursu ilə idarə edilib. Amma biz diplomatlarımızın da səyləri nəticəsində inamlı, təşəbbüskar və humanist xarici siyasət kursu ortaya qoyduq”.



Xəbər xətti