İlon Maskdan tıxaca son qoyacaq LAYİHƏ - FOTO

11:54 5 May 2023

Milyarder İlon Maska məxsus “The Boring Company” ABŞ-ın Nevada ştatında yerləşən Las-Veqas şəhərində 51 stansiyadan ibarət 105 kilometr uzunluğunda tunel şəbəkəsi quracağını açıqlayıb.

Sitat.info-nun məlumatına görə, "Vegas Loop" adlanan layihə şəhəri bir çox məşhur istiqamətlərə birləşdirəcək.

The Boring Company (TBC) Las-Veqasda tunel şəbəkəsini 40 kilometr genişləndirəcəyini və ilkin planına 18 yeni stansiya əlavə edəcəyini açıqlayıb.

TBC şəbəkəsi onu Harri Rid Beynəlxalq Hava Limanına, Allegiant Stadionuna, Las Veqasın mərkəzinə və hətta Los-Ancelesə birləşdirən daha çox tunel qazmağı planlaşdırır.



Xəbər xətti