FIFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollinanın Azərbaycana səfərinin məqsədi məlum olub.
Sitat.info oxu.az-a istinadən xəbər verir ki, italiyalı keçmiş referi Bakı Olimpiya Stadionunda yerli hakimlərlə görüşüb. Əfsanəvi sabiq hakim azərbaycanlı ədalət təmsilçilərinə seminar keçib.
***11:12
FIFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina Azərbaycana gəlib.
Sitat.info oxu.az-a istinadən xəbər verir ki, italiyalı keçmiş hakimin ölkəmizə niyə səfər etdiyi hələlik bəlli deyil. AFFA-dan bildirilib ki, Kollina Bakıya qurumun dəvəti əsasında gəlməyib.
Qeyd edək ki, məşhur sabiq referi Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının versiyasına görə, tarixin ən yaxşı hakimidir.