"Moskva dron hücumuna görə Kiyevə konkret addımlarla cavab verəcək" - Lavrov

13:05 5 May 2023

 Rusiya Kremlin pilotsuz təyyarələrinin hücumuna konkret addımlarla cavab verəcək
Sitat.info xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. 

O bildirib ki, Moskva Kiyevin Kremlə dronlardan hücum cəhdinə danışıqla deyil, konkret addımlarla cavab verəcək. 

Jurnalistlərin Roma hüququnda  “müharibə səbəbi”  kimi terminin bu hadisəyə şamil edilib-edilməməsi ilə bağlı sualına cavab olaraq, XİN rəhbəri hər hansı ad haqqında düşünməməyi təklif edib.

"Bu, açıq-aydın düşmənçilik aktı idi. Tamamilə aydındır ki, Kiyev terrorçuları bunu "ağalar"ının xəbəri olmadan törədə bilməzdilər.  

Lavrov Vaşinqtonun baş verənlərə münasibətinə ayrıca toxunub və ABŞ dövlət katibi Entoni Blinkenin açıqlamalarına diqqət çəkib.

"Blinken bildirib ki, Birləşmiş Ştatlar Ukraynaya öz suverenliyini müdafiə etdiyi üsulları diktə etməyəcək. Yəqin ki, bu, hər şeyi deyir", - nazir deyib.

Nərgiz,

Sitat.info



Xəbər xətti