AHİK Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirdi - FOTOLAR

14:37 5 May 2023

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən xalqımızın xilaskar oğlu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev və Azərbaycan həmkarlar ittifaqları” mövzusunda tədbir keçirilib.

Sitat.info xəbər verir ki, öncə AHİK-in rəhbərliyi və kollektivi, həmçinin üzv təşkilatların rəhbərləri və əmkdaşları Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Həmçinin iştirakçılar görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə gül dəstələri düzüblər.

Sonra Bakı Konqres Mərkəzində tədbir başlayıb.

Prezident Administrasiyasının Qeyri Hökumət Təşkilatları ilə İş üzrə Kommunikasiya şöbəsinin əməkdaşı Əli Pənahov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov da tədbirdə iştirak edib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səslənib. Ardınca Ümummilli Liderin siyasi fəaliyyətindən və həmkarlar ittifaqlarına göstərdiyi diqqət və qayğıdan bəhs edən videoçarx nümayiş olunub.

AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən, həm sovet, həm də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə xalqımızın həyatında gördüyü işlərdən, xilaskarlıq missiyasından, dövlət quruculuğu siyasətindən, həmkarlar ittifaqlarına göstərdiyi hərtərəfli dəstəkdən, verdiyi qiymətli tövsiyələrdən danışıb.

Bildirib ki, xalqına, dövlətinə ən ali hisslərlə bağlı olan Heydər Əliyev bütün azərbaycanlıların Ulu Öndəri, Ümummilli Lideri sayılır: “O, Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə dövlətçiliyimizin təməllərini elə mükəmməl formalaşdırıb ki, yüzilliklər boyu Azərbaycanın uğurlu inkişafını təmin edəcək. Heydər Əliyev sovet Azərbaycanına rəhbər seçildikdən sonra respublikamızın həyatında əsaslı sıçrayış dövrü başladı. 1971-1975-ci illərdə 55 yeni iri sənaye müəssisəsi və işləyən müəssisələrdə 32 yeni sex və istehsal sahəsi işə salındı. 1975-ci ildə Bakıda Məişət Kondisionerləri Zavodunun fəaliyyətə başlaması Ulu Öndərin qətiyyətli və əzmkar fəaliyyətin nəticəsi idi”.

Onun sözlərinə görə, Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən bir çox vacib sahələr ona həvalə edilmişdi və o, bütün işlərin öhdəsindən məharətlə gələrdi.

“Müstəqilliyimizin ilk illərində respublikamızda baş alıb gedən xaos, anarxiya, daxili çəkişmələr özünün pik nöqtəsində idi. Ulu Öndərin xalq tərəfindən yenidən hakimiyyətə gətirilməsi Azərbaycanı fəlakətlərdən xilas etdi. Bütün sahələrdə uğurlar bir-birini əvəzləməyə başladı”, - deyən AHİK sədri qeyd edib ki, Heydər Əliyev hələ sovet hakimiyyəti illərində həmkarlar ittifaqlarını daim dəstəkləyir, onun hərtərəfli inkişafına şərait yaradırdı: “Məhz onun respublikaya rəhbərliyi dövründə yeni istirahət mərkəzi və sanatoriyalar, uşaq düşərgələri istifadəyə verildi, quruma fantastik sürətlə axın müşahidə olundu”.

“Müstəqilliyin ilk vaxtlarında bütün sahələri bürüyən böhran ictimai təşkilatların fəaliyyətinə mənfi təsir etmişdi. Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə həmkarlar ittifaqlarının həyatında köklü dəyişikliklər baş verdi, əvvəlki hökumətin qeyri-qanuni sərəncam və göstərişləri ləğv edildi, kurort-turizm obyektlərinin genişləndirilməsinə, idman obyektlərinin, inzibati binalarının yenidən qurulmasına başlanıldı, “Həmkarlar ittifaqları haqqında” Qanun qəbul edildi. Beləliklə, təşkilatın fəaliyyəti genişləndi, əvvəlki nüfuzu özünə qaytarıldı”, - Səttar Möhbalıyev vurğulayıb.

“Azərbaycanı cənab İlham Əliyevə etibar edən Ulu Öndər ölkəmizin parlaq gələcəyinin əsasını qoydu. Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasətlə Azərbaycan dünyada etibarlı tərəfdaşa, söz sahibinə, qalib dövlətə çevirdi. Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Ulu Öndərimizin ideyalarının daim yaşaması və təbliği istiqamətində uğurla çalışır. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın bütün təşəbbüslərinin əsasında dahi rəhbərin arzu və ideyaları dayanır”, - Konfederasiyanın sədri əlavə edib.

Ardınca Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru Hüseyn Qaraşov, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Adil Atakişiyev, Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Musa Mirzəyev, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Səlyan rayon komitəsinin sədri Yaqut Ələsgərova çıxışlar ediblər. Çıxışçılar əsasən Ümummilli Lider Heydər Əliyevin həmkarlar ittifaqlarının inkişafında rolundan, müəyyənləşdirdiyi daxili və xarici siyasətdən, əsasını qoyduğu siyasi kursun mahiyyətindən, təhsil və idman sahəsinə olan xüsusi diqqətindən, gənclərə qayğısından, həmçinin dövlətimizin başçısı cənab İlham Əliyevin müdrik rəhbərliyi sayəsində ölkəmizin əldə etdiyi nailiyyətlərdən, bütün siferalarda uğurlu göstəricilərindən, həmçinin Şərqi Zəngəzurun və Qarabağın Ermənistan işğalından azad edilməsindən, bu gün həmin ərazilərdə aparılan abadlıq-quruculuq işlərindən bəhs ediblər.

 Fotoları təqdim edirik:/ Pravda.az



Xəbər xətti