“Onun özünəməxsus idarəçilik, menecment üslubu var” – İş adamlarından məktub (R)

18:00 5 May 2023

“Onun özünəməxsus idarəçilik, menecment üslubu var” – İş adamlarından məktub (R)

Bildiyiniz kimi, redaksiyamıza ayrı-ayrı şəxslərlə bağlı məktublar və müraciətlər daxil olur. Budəfəki məktub nüfuzlu iş adamları adından doğum gününü qeyd edən tanınmış sahibkar Azay Möhnətov barəsindədir. Yazını olduğu kimi təqdim edirik.

Barmaqla sayılacaq iş adamları var ki, onlar sırf öz zəhməti, əməyi, ağlı, özəl yanaşması, güclü iradəsi hesabına irəli gedərək böyük nailiyyətlər qazanıblar. Onlardan biri də Azərbaycanda özəl sektorun və sahibkarlığın ilk təməl daşlarından birini qoyan ”Uğur-97“ şirkəti ilə yanaşı, həm də “AF Holdinq” Şirkətlər Qrupun, "AF Hotel & Aqua Park"ın sahibi, tanınmış iş adamı Azay Möhnətovdur. Ölkəmizdə biznes sektoru üçün münbit şəraitin, uyğun şərtlərin olduğu bir məqamda o, uğurla öz imkanlarını reallaşdırır və dövlətin “bel sütunu” olan sahibkarlıqda müvəffəqiyyətlə təmsil olunur, həmçinin çılğın vətənpərvər olmaqla dövlətin bütün qayda-qanunlarına həvəslə əməl edir. Arzularından biri ölkəmizdə savadlı, bacarlıqlı kadrların yetişməsidir və o, öz təcrübəsini gənclərlə bölüşməkdən usanmır. Əsas prinsipləri qanunsevərlik və halallıq olan A.Möhnətovun yetişdirdiyi böyük “işçilər ordusu” nəinki öz şirkəti üçün, ölkə üçün gərəkli, peşəkar kadrlara çevrilib. Məxsusi idarəçilik, menecment üslubu olan bu şəxsin təcrübəsi gənc iş adamları üçün də örnək olmalıdır.
Qayğıkeş ailə başçısı, əvəzolunmaz ata, vəfalı dost, obyektiv müəllim olan Azay Möhnətovu doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və bütün işlərində uğurlar diləyirik!



Xəbər xətti