Nazirlər Kabineti qərar verdi

19:15 5 May 2023

Nazirlər Kabineti “Avtomobil yollarının təsnifat göstəriciləri”nin və “Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları”nın təsdiq edilməsi haqqında” 1 iyun 2004-cü il, “Nəqliyyat infrastrukturu obyektlərinin kodlaşdırılması, nəqliyyat infrastrukturu obyektlərinin başlanğıc və son nöqtələrinin, mərkəzi xətlərinin və kəsişmə nöqtələrinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 5 dekabr 2012-ci il və “Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sisteminə məlumatların daxil edilməsi və həmin məlumatlardan istifadə mexanizmi barədə Texniki Reqlament”in təsdiq edilməsi barədə” 13 oktyabr 2014-cü il tarixli qərarlarında dəyişiklik edib.

Sitat.info xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, yeni avtomobil yolunun və yaxud adsız avtomobil yolunun adlandırılması barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müraciət edildiyi hallarda, ad verən aidiyyəti yerli icra hakimiyyəti orqanı (şəhər rayonu icra hakimiyyəti orqanı istisna olmaqla) 21 iş günü müddətində Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada avtomobil yolunu adlandırır və 3 iş günü müddətində Dövlət Xidmətini bu barədə məlumatlandırır./ Publika.az



Xəbər xətti