"ABŞ Senatı Putini savaş suçlusu elan edib. Bu barədə qətnamə respublikaçı senator Lindsi Qrem tərəfindən təklif edilib və yekdilliklə qəbul olunub".
SİTAT.İNO xəbər verir ki, bu haqda politoloq Şahin Cəfərli yazıb. O bildirib ki, qərar administrasiya üçün hüquqi məcburiyyət yaratmasa da, demokrat və respublikaçılar tərəfindən yekdilliklə qəbul olunması önəmli faktdır:
"Heç bir ABŞ hökuməti bunu gözardı edə bilməz. Konqresdə yekdillik çox nadir rast gəlinən hadisədir. Putin müasir dünya tərəfindən təcrid edilir, küncə sıxışdırılır və "salam verilməz adam" statusuna endirilir. Bizdə isə bəzi adamlar təbliğat aparırlar ki, Putinin hakimiyyətdə qalması milli maraqlarımıza uyğundur və ondan bərk yapışmalıyıq".
SİTAT.İNFO