Qazinin çənəsini sındıran idmançıya cinayət işi açıldı

17:39 6 May 2023

“Vətəndaş R.Nəbizadənin Vətən müharibəsi qazisi N.Babayevi  vuraraq xəsarət yetirməsi ilə bağlı polis orqanında araşdırma aparılır.

Sitat.info xəbər verir ki, sosial şəbəkələrdə tibb məntəsində qeydə alınmış münaqişənin görüntüləri ilə bağlı daxil olan məlumat əsasında araşdırma başladılıb və N.Babayevin xəsarətlərinin dərəcəsini müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizanın rəyi alınıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221 (Xuliqanlıq) maddələri ilə cinayət işi açılıb. Araşdırmalar davam etdirilir”.



Xəbər xətti