Əkrəm İmamoğlu daşlı hücuma məruz qaldı - Video

09:36 8 May 2023

Türkiyənin “Millət İttifaqının” sədr müavini və İstanbul Böyük şəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlu Ərzurumda keçirilən mitinq zamanı insident baş verib.

“Sitat.info” Türkiyə mediasına istinadən xəbər verir ki, İmamoğlu çıxış edərkən onun seçki avtobusuna daşlarla hücum edilib. 

Hadisə zamanı mitinq iştirakçılarından bəziləri yaralanıb. İmamoğlu tədbiri yarımçıq tərk edərək İstanbula geri dönüb. Onun vəziyyətinin yaxşı olduğu bildirilib.  

Cümhuriyyət Xalq Partiyasının (CHP) nümayəndələrinin iddiasına görə, insident Milliyyətçi Hərəkat Partiyası (MHP) və “HÜDA PAR” (Hür Dava Partisi) tərəfdarları tərəfindən törədilib.

 




Xəbər xətti