Baxmut istiqamətində qızğın döyüşlər: 120-dən çox rus hərbçisi məhv edildi

13:17 8 May 2023

Ruslar Baxmutu almağa cəhd etməkdə davam edir. Bu günlər ərzində Baxmut istiqamətində 29 toqquşma olub.

Sitat.info xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun spikeri Serhiy Çerevatı mayın 8-də   bildirib ki, düşmən Ukrayna mövqelərinə top və raket artilleriyasından da 415 dəfə zərbə endirib.

"Altı hava hücumu həyata keçirilib, bu döyüşlərdə 124 işğalçı məhv edilib, 164 nəfər yaralanıb. Düşmənin T-72 tankı, iki "Strij" elektron döyüş stansiyası və beş səhra sursat anbarı da vurulub", - Çerevatı bildirib.

Səid İsaoğlu,

Sitat.info

 



Xəbər xətti