ANAMA: Ötən həftə 356 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

14:56 8 May 2023

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

Sitat.info xəbər verir ki, mayın 1-dən 6-dək Tərtər, Ağdam, Xocavənd, Laçın, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 88 mina, tank əleyhinə 75 mina və 123 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həftə ərzində 356 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib./ AZƏRTAC



Xəbər xətti