Çavuşoğludan Ermənistana xəbərdarlıq: Bunu etməsəniz...

15:14 8 May 2023

Ermənistan "Nemezis"i sökməsə, ona qarşı yeni tədbirlər görüləcək.

Sitat.info xəbər verir ki, bu açıqlamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu verib.

Onun sözlərinə görə, Ankara Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə töhfə vermək üçün addımlar atsa da, İrəvan qeyri-səmimilik nümayiş etdirir.

Çavuşoğlu “Osmanlı paşalarımızı və azərbaycanlı qardaşlarımızı qətlə yetirənlərə abidə qoyulmasını qəbul etmirik” deyib.

O əlavə edib ki, Türkiyə tərəfi rəsmi İrəvana xəbərdarlıq edib və abidənin sökülməyəcəyi təqdirdə Ermənistana qarşı yeni addımlar atılacaq.

Xatırladaq ki, aprelin 29-da Ankara Türkiyə hava məkanını əvvəlcədən xəbərdarlıq etmədən Ermənistandan üçüncü ölkələrə uçuşlar üçün bağlayıb. Buna səbəb aprelin 25-də İrəvanda ş “Nemezis” terrorçularına abidənin qoyulması olub./ Publika.az



Xəbər xətti