İran İsrailin Qəzzaya hücumlarını pisləyib

11:46 9 May 2023

İran İsrailin Qəzzaya qarşı qadın və uşaqların həyatını itirdiyi hücumları qarşısında beynəlxalq təşkilatların və Qərb ölkələrinin "səssizliyi və hərəkətsizliyini" pisləyib.

Sitat.info xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani İsrailin Qəzzaya endirdiyi hava zərbələri ilə bağlı yazılı açıqlama verib.

Hücumlarda Fələstin müqavimət hərəkatı İslami Cihad liderləri ilə yanaşı qadın və uşaqların da həyatını itirdiyinə diqqət çəkən Kənani ölkəsi adından Fələstin müqavimət qruplarına başsağlığı verib.

Kənani, məsul beynəlxalq təşkilatların və Qərb ölkələrinin İsrailin hücumlarına qarşı susqunluğunu və hərəkətsizliyini pisləyərək, islam ölkələrinin İsrailin hücumlarını dayandırmaq üçün təsirli, çəkindirici və koordinasiyalı şəkildə təcili tədbirlər görməli olduğunu bildirib.

Qeyd edək ki, İsrail ordusu və Daxili Kəşfiyyat Təşkilatı Şin-Bet (Şabak) tərəfindən səhər saatlarında Qəzzaya təşkil edilən hava hücumlarında aralarında uşaq və qadınların da olduğu 13 nəfər həyatını itirib, 20 nəfər isə yaralanıb. Hücumlarda həyatını itirənlər arasında İslami Cihad Hərəkatının hərbi qərargahından 3 nəfərin olduğu açıqlanıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti