Markov: Əgər Ərdoğan məğlub olsa... - Video

12:43 9 May 2023

Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkisi tarixi hadisə olacaq. Bu, seçkinin nəticəsi təkcə Türkiyəni deyil, dünya siyasətini də çox dəyişə bilər.

Sitat.info xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Markov deyib.

Markov dəyişikliyin dramatik olmasının səbəblərini bu cür izah edib:

1. 20 ildə ilk dəfə Ərdoğan məğlub ola bilər.

2. Ərdoğanla müxalifətin siyasi mövqeyində fərq çox böyükdür. Ona görə də Türkiyə siyasətində dəyişikliklər də çox böyük ola bilər.

3. Ərdoğan hakimiyyəti itirərsə, o zaman ona, ailəsinə və komandasına qarşı böyük siyasi repressiya ola bilər. Çoxları həm azadlığı, həm kapitalı, həm də həyatını itirə bilər.

4. Böhran nəticəsində zorakılığın səviyyəsi çox yüksək ola bilər.

5. Rusiya Ərdoğandan yanadır. Qərb isə Ərdoğana qarşı, Türkiyə müxalifətinin yanındadır.

6. Türkiyə 30 ildə iqtisadi və siyasi baxımdan çox böyüdü. Ona görə də Türkiyə böhranı dünya siyasətinə güclü təsir göstərəcək.

7. Artıq Ukrayna böhranı gedir, İran və Çin isə böhran astanasındadır. Türkiyə böhranı qlobal “siyasi tornado”nun bir hissəsinə çevrilə bilər".



Xəbər xətti