Xankəndidə erməniləri etiraz aksiyası keçirir.
Sitat.info erməni mediasına istinadən xəbər verir ki, Ruben Vardanyan ermənilərin xəstə təfəkkürünün məhsulu olan bir şüarla - “Artsaxda etnik təmizləməyə yox” şüarı ilə mitinq təşkil edib və
hər kəsi oraya çağırıb.
Ötən gün Rusiyanın Xankəndini qarışdırmaq üçün göndərdiyi Ruben Vardanyan hamını mitinqdə iştirak etməyə çağırıb. “Sabah biz 9 Mayı, Qələbəmiz Gününü qeyd edəcəyik. Bu gün bizim üçün həmişə Qələbə Günü olub. Sizi bir neçə gün əvvəl çox vacib bir işə başlayan gənclərə qoşulmağa və onlara dəstək olmağa dəvət edirəm.
Onlar itaət etmədiklərini və gələcəyini başqalarının deyil, özlərinin yaratmasını istədiklərini göstərməyə başladılar".
Nərgiz,
Sitat.info