Yazmazdan öncə düşünün. İnsan dəqiqləşdirmədiyi, mahiyyətini almadığı, təhrif edilmiş mətnlər əsasında necə fikir yürüdə, rəy söyləyə, cəmiyyətin düşüncəsini qarışdıra bilər? Anlaşılan iş deyil. Bu, açıq-aşkar xəstəlikdir və mediada geniş yayılıb.
Sitat.info xəbər verir ki bu sözləri millət vəkili Sabir Rüstəmxanlı Milli Məclisin sonuncu iclasında qeyd etdiyi ifadələri tənqid edənlər haqda danışarkən deyib.
O bildirib ki, Milli Məclisin son yığıncağındakı bir dəqiqəlik çıxışımda elə bir məsələyə toxunulub ki, gərək özünü bu ölkənin vətəndaşı sayan hər kəsi düşündürsün, narahat eləsin:
“Çıxışımda demişəm: “Keçən seçkilərdə HDP Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarından 25 faiz səs alıb. Azərbaycanda bu qədər HDP tərəfdarı yuva qurub. HDP-nin terror təşkilatlarına – PKK-ya dəstək verdiyini hər kəs bilir. Deməli, Azərbaycan da terrordan qorunmalıdır və hüquq-mühafizə orqanları bunu nəzarətdə saxlamalıdırlar!”. Bunun seçkiyə nə aidiyyəti var. Bəli, mən terrora dəstək verənlərin nəzarətə götürülməsini istəyirəm. Bu hər hansı partiyanın nəzarətə götürülməsi deyil.. Mənim öz çıxışıma əsaslansalar, belə yanlışlıqlar ortaya çıxmazdı.. Mənim 35 il əvvəlki ağlıma 35 il sonra dil uzadanlar 35 il sonra da ağıllanmayacaqlar, amma bəlkə indi dediyim sözün mənasını anladılar!”./ Axar.az