Dezinformasiya yaymaq üçün ChatGPT-dən istifadə edən şəxs saxlanıldı

13:12 10 May 2023

Çin polisi internetdə saxta xəbərlər yaratmaq və yaymaq üçün ChatGPT-dən istifadə etdiyini söylədiyi bir şəxsi saxlayıb. Hadisə dövlət mediasında ölkədə ilk süni intellektlə bağlı cinayət işi adlandırılıb.

Sitat.info-nun məlumatına görə, polisin verdiyi açıqlamaya əsasən, şübhəli şəxs ChatGPT-dən istifadə edərək qatar qəzası haqqında yalan məlumat yaradıb və sonra onu mənfəət üçün internetdə yerləşdirib.

Polis verdiyi açıqlamada məqaləyə təxminən 15 min dəfə baxıldığını bildirib.

Microsoft-un (MSFT) dəstəklədiyi OpenAI tərəfindən hazırlanmış ChatGPT Çində qadağandır, lakin internet istifadəçiləri ona daxil olmaq üçün virtual şəxsi şəbəkələrdən (VPN) istifadə edə bilirlər.



Xəbər xətti