"Moskvada Türkiyə, Rusiya, İran xarici işlər nazirlərinin və Əsəd rejiminin Suriyadakı XİN rəhbərinin “Suriya” sammiti keçirilib.
Sitat.info xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sammitdən sonra açıqlamalar verib.
Paytaxt Moskvada Rusiya Xarici İşlər Nazirliyinin binasında keçirilən görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Rusiya xarici işlər naziri Sergey Lavrov, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Suriyadakı Bəşər Əsəd rejiminin xarici işlər naziri Feysəl əl-Mikdad iştirak edib.
Xarici işlər naziri Mövlud Çavuşoğlu Suriya sammitindən sonra verdiyi açıqlamada bildirib ki, terrorla mübarizə, əməkdaşlıqda geri dönüş üçün infrastrukturun təmin edilməsi, siyasi prosesin irəlilədilməsi və Suriyanın ərazi bütövlüyünün qorunmasında əməkdaşlığın zəruriliyini vurğulayıblar.
Çavuşoğlu iranlı həmkarı ilə görüşündən də danışıb: "Moskvada İran xarici işlər naziri qardaşım Hüseynlə görüşümüzdə Suriya, yüksək səviyyəli səfərlər, iqtisadi və enerji əməkdaşlığımız mövzuları gündəmimizdə idi”.
Nərgiz,
Sitat.info