Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Pakistan İslam Respublikasında səfərdədir.
Sitat.info xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səfər çərçivəsində vitse-spiker Adil Əliyev Pakistan Milli Assambleyasının sədri Raca Pərviz Əşrəflə görüşüb.
Görüşdə Azərbaycanla Pakistan arasında münasibətlərin inkişafından bəhs edilib, iki dövlət arasında dostluq əlaqələrinin daha da gücləndirilməsinin vacibliyi qeyd olunub.
Söhbət zamanı Azərbaycan və Pakistan parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb./ Pravda.az