Elxan Şahinoğlu: "Ermənilərin sərhəd-keçid məntəqəsiylə bağlı Rusiyaya olan son ümidləri də puça çıxıb"

13:04 11 May 2023

"Ermənistanın baş naziri Nikol Paşinyan iddia edib ki, guya Azərbaycan sərhəddə ona görə təxribat yaradıb ki, beynəlxalq birliyin Laçın yolunda sərhəd-keçid məntəqəsinə qarşı təzyiqi azalsın".

Sitat.info xəbər verir ki, bu sözləri politoloq, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. 

O bildirib ki, Paşinyanın məntiqinə görə rəsmi Bakı mövzunu dəyişdirmək istəyib: "Birincisi, artıq heç bir dövlət Laçın yolunda sərhəd-keçid məntəqəsinin yaradılmasıyla bağlı Azərbaycana təzyiq etmir, ilk günlər azca etiraz edənlər hazırda mövcud reallığı qəbul ediblər. İkincisi, ermənilərin sərhəd-keçid məntəqəsiylə bağlı Rusiyaya olan son ümidləri də puça çıxıb. Kreml İrəvana açıq mesaj göndərib ki, Rusiya hərbi kontigentinin Qarabağakdakı missiyası məhduddur, yəni sərhəd-keçid məntəqəsinin fəaliyyətinə mane ola bilməyəcəklər. Bütün bunlar ortada varkən, Azərbaycan mövcud olmayan mövzudan diqqəti yayındırmaq üçün sərhəddə niyə gərginlik yaratmalıdır? Rəsmi Bakı danışıqların bütün formatlarında iştirakda, sülh sazişinin qısa müddətdə imzalanmasında maraqlıdır. Belə olan halda danışıqları pozanın, Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan yayınanın ünvanı bəllidir".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti