“Xalqımızın böyük şəxsiyyəti olan Rüstəm İbrahimbəyov dünyada 6 ölkənin mükafatını almış yeganə insandır”.
SİTAT.İNFO Musavat.com-a istinadən bildirir ki, bu sözləri Xalq yazıçısı Çingiz Abdullayev Rüstəm İbrahimbəyov haqda danışarkən deyib. Xalq yazıçısı mərhumla bağlı xatirələrindən söz açarkən aşağıdakıları bildirib:
“Xatırlayıram ki, 1990-cı ildə Rüstəm İbrahimbəyov məndən 10 nüsxə “Qara Yanvar” kitabını istəmişdi. O, kitabda olan dəhşətli şəkilləri Fransa və ABŞ ictimaiyyətinə göstərmək niyyətində idi. Kitabları sərhəddən keçirə bilməyəcəyini ona bildirəndə o, cavabında SSRİ-nin deputatı olduğu üçün onu yoxlamayacaqlarını söyləmişdi. Bu gün bizə ABŞ, Fransa, Almaniya, hətta Rusiya və Ukraynadan məktublar gəlir və bu zaman başa düşürsən ki, necə böyük bir insanı itirmişik”.