Azərbaycan Prezidentinin növbəti Əfv Sərəncamı dövlətimizin humanistliyinin göstəricisidir

14:48 11 May 2023

Əlamətdar günlər ərəfəsində Prezident İlham Əliyevin azadlıqdan məhrum edilənlərlə bağlı əfv sərəncamları imzalaması artıq ənənə halını alıb. Dövlətimizin başçısının bu humanist addımı cəmiyyət tərəfindən çox müsbət qarşılanır.

Sitat.info xəbər veirir ki, bunu AZƏRTAC-a açıqlamasında politoloq İlqar Vəlizadə bildirib.

Sərəncamla 463 nəfərin azadlıqdan məhrumetmə cəzasından azad edildiyini xatırladan politoloq bildirib ki, azadlığa çıxan məhkumlar islah olunduqlarını söyləyir, bir daha cinayət törətməyəcəklərinə söz verirlər. Bu da onu deməyə əsas verir ki, Azərbaycan dövləti bu məsələlərə həssaslıqla yanaşır, cinayət törətmiş vətəndaşlarını əfv etməyi bacarır. Bir sözlə, Azərbaycan Prezidentinin növbəti əfv sərəncamı dövlətimizin humanistliyinun göstəricisidir.

“Sosial ədalətlilik prinsipi bütün addımların əsasında dayanır. Azərbaycan Konstitutsiyasında təsbit edilən bu prinsip həyatda da öz əksini tapır. Bu addım bir daha onu göstərir ki, müəyyən şərtlərlə məhkum edilmiş, öz səhvlərini anlayan, günahlarını etiraf edən insanlar bağışlanır və cəmiyyətə inteqrasiya olunur. Əfv olunanlar azad cəmiyyətə qovuşaraq Azərbaycanın layiqli vətəndaşları olacaqlarına söz veriblər. Bu, çox yaxşıdır.

Cəmiyyətimizdə böyük rəğbətlə qarşılanan növbəti Əfv Sərəncamı müstəqillik tariximizin ən böyük əfv aktıdır. Bu aktın Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin yubileyi ərəfəsində həyata keçirilməsi Ulu Öndərin siyasətinin bütün istiqamətdə davam etdirildiyini göstərir”, - deyə İlqar Vəlizadə qeyd edib.



Xəbər xətti