Kılıçdaroğludan Məhərrəm İncəyə çağırış

17:17 11 May 2023

CHP sədri və Millət İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlu, Vətən Partiyasının sədri Məhərrəm İncənin prezidentliyə namizədliyindən geri çəkildiyini açıqladıqdan sonra "Twitter" hesabından paylaşım edib.

Sitat.info xəbər verir ki, Kılıçdaroğlu paylaşımında: "Köhnə inciklikləri, küsmələri bir kənara qoyaq. İncə bəyi Türkiyənin süfrəsinə gözləyirik", - deyib.

Vətən Partiyasının sədri Məhərrəm İncə açıqlamasında prezidentliyə namizədliyini geri götürdüyünü açıqlayıb.

CHP sədri, Millət Alyansının prezidentliyə namizədi Kamal Kılıçdaroğlu bu açıqlamadan sonra "Twitter" hesabından verdiyi açıqlama ilə Məhərrəm İncəyə yeni çağırış edib.

Kılıçdaroğlunun paylaşımındakı ifadələr belədir:

“Çağırışım hələ də davam edir. Köhnə inciklikləri, küslükləri bir kənara qoyaq. İncə bəyi Türkiyənin süfrəsinə gözləyirik. Zəhmət olmasa buyurub gəlsin...".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti