Sinan Oğan prezidentliyə namizədliyindən geri çəkiləcəyi ilə bağlı iddiaları təkzib edib

17:33 11 May 2023

ATA Alyansının prezidentliyə namizədi Dr. Sinan Oğan prezidentliyə namizədliyini geri götürəcəyi ilə bağlı deyilənləri təkzib edib.

Sitat.info xəbər verir ki, ATA Alyansının prezidentliyə namizədi Dr. Oğan namizədliyindən geri çəkiləcəyi ilə bağlı iddialarla bağlı bunları paylaşıb:

"Əziz türk millətinin övladları, sona qədər mübarizəmizi davam etdirəcəyik. Son günlər bizə qarşı təxribat fikirlərinin artması səbəbindən seçkinin son günündə heç bir hadisə yaşamaq istəmədik. Ona görə də bu axşam İstanbuldayam".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti