Adanada ard-arda zəlzələlər baş verib

12:56 12 May 2023

Adananın Saimbəyli rayonunda 3 dəqiqə fərqlə 4,5 və 4,3 bal gücündə iki zəlzələ baş verib.

Sitat.info xəbər verir ki, Fövqəladə Hallar və Fövqəladə Halların Rəhbərliyinin (AFAD) saytında yer alan məlumata görə, Adananın Saimbəyli rayonunda 3 dəqiqəlik fərqlə 4,5 və 4,3 bal gücündə iki zəlzələ qeydə alınıb.

Hər iki zəlzələ təxminən 7 kilometr dərinlikdə baş verib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti