"Dünən axşamdan bu gün səhərə qədər adanın ətrafında Çinə məxsus 32 hərbi təyyarə və 4 döyüş gəmisi aşkar edilib".
Sitat.info xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyindən məlumat verilib.
Tayvan Müdafiə Nazirliyi bildirib ki, dünən axşamdan bu gün səhərə qədər adanın ətrafında Çinə məxsus 32 hərbi təyyarə və 4 döyüş gəmisi aşkar edilib. Nazirliyin açıqlamasında 32 təyyarədən 13-nün tərəflərin təsir zonalarını məhdudlaşdırdığı güman edilən Tayvan boğazında hava və dəniz xətlərini keçərək Tayvanın "Hava Müdafiə Müəyyənetmə Zonası" elan etdiyi bölgədə uçduğu bildirilib.
Açıqlamada 2 "Su-30", 6 "J-10", 1 "J-16" döyüş təyyarəsi, "Y-8 EW" tipli erkən xəbərdarlıq təyyarəsi və "BZK-005" tipli silahsız, "CH-4" və “TB-001” tipli silahlı dronların ADİZ-in şimal-şərq, cənub-şərq və cənub-qərb istiqamətində uçaraq Tayvan boğazında nominal “orta xəttin” arxasına keçdiyi qeyd edilib.
Ayna Fərhad
Sitat.info