Prezident Ərdoğan Yunanıstanın aparıcı qəzetlərindən olan Kathimeriniyə müsahibə verib.
Sitat.info xəbər verir ki, 14 may seçkiləri ilə bağlı suala cavab verən Ərdoğan seçkilərdə qalib gələcəyinə əmin olduğunu bildirib.
“Meydanlarda keçirilən böyük mitinqlər buna işarə edir, xalq öz iradəsini göstərir, biz də bunu görürük.
Prezident xatırladıb ki, Türkiyədən bir həftə sonra, mayın 21-də Yunanıstan seçkiyə gedəcək.
“Biz Yunanıstanla düşmənçilik və rəqabəti bir kənara qoya bilərik".
Ərdoğan, hərbi əməliyyatların hər iki ölkəni yorduğunu deyib.
O, iki ölkə arasındakı bu münasibətlərin yeni dövrün başlanğıcı olmasını arzuladığını bildirib.
"Türkiyədən Yunanıstana ən səmimi dostluq salamlarımı göndərirəm"- Ərdoğan dedi.
Prezident Ərdoğan Yunanıstanın baş naziri Miçotakisə də mesaj göndərib və dostluq çağırışı edib: "Miçotakis də mənim kimi təəssürat və hissləri saxlamalıdır. Sözünün üstündə durmalıdır".
Nərgiz,
Sitat.info