Ukrayna Prezident Vlaiimir Zelenski Ali Baş Komandan olaraq Qərargahın növbəti iclasını keçirib və burada cəbhənin bütün istiqamətlərində vəziyyətlə bağlı Ukraynanın müdafiə naziri Aleksey Reznikovun və Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının məruzələrini diləyib.
Sitat.info xəbər verir ki, Zelenski bu barədə Telegram-da məlumat verib.
"Qərargahdayıq. Bölmələri möhtəşəm müqavimətlə düşməni dayandıran, hətta onu bəzi istiqamətlərə geri durmağa vadar edən general Sırskinin hesabatını eşitdik. General Tarnavski də Tavriya USQ-dəki mövcud vəziyyətlə bağlı məlumat verdi. Odessa və Sever nəzarət altındadır. Onların prioritet ehtiyaclar müəyyən edilib və yeni briqadalar üçün texnika və sursatların alınması tempi ilə tanış olublar”, - prezident Zelenski yazıb.
Nərgiz,
Sitat.info