Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək 726 dinc sakin ölüb, 1 174 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) bəyanatında deyilir.
Məlumata görə, 3 milyon 63 min 95 ukraynalı hərbi əməliyyatlar səbəbindən qonşu ölkələrə, əsasən də Polşaya gedib.
Fevralın 18-dən fevralın 23-dək Ukraynanın Donetsk və Luqansk vilayətlərindən 96 min insan Rusiyaya keçib.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı xəbərdarlıq edib ki, mülki qurbanların faktiki sayı daha çox ola bilər.