Son günlər daha çox müzakirə edilən mövzulardan biri də Rusiyanın taxıl və şəkərin ixracına qadağa qoyması ilə bağlıdır. Azərbaycan da taxılın çox hissəsini, müəyyən miqdarda da şəkəri məhz bu ölkədən idxal edir. Bəs, görəsən bu qadağalar ölkəmzdə qiymətlərin artmasına səbəb ola bilərmi?
SİTAT.İNFO Musavat.com-a istinadən xəbər verir ki, iqtisatçı-ekspert Altay İsmayılov ''Xəzər Xəbər''ə müsahibəsində deyib ki, yaxın günlərdə ölkəmizdə nə taxılın, nə də ki şəkərin qiymətində artım gözlənilmir.
Bir neçə gün əvvəl Rusiya taxıl və şəkərin ixracına qadağa qoydu. Sosial şəbəkələrdə və bir sıra kütləvi informasiya vasitələrində bu qadağanın Azərbaycan bazarına da təsir edəcəyi ilə bağlı müzakirələr aparılır.
İqtisatçı-ekspert Altay İmsayılov bildirir ki, Rusiya rəsmilərinin açıqlamalarına görə, bu qadağa Avrasiya İttifaqı ölkələrinə tətbiq ediləcək.
Ekspertin sözlərinə görə, qadağalar Avrasiya ittifaqı ölkələrinə tətbiq edilsə də, ancaq indidən dünya taxıl və şəkər bazarında mənfi təsirləri görmək mümkündür. Bu təsirlər zaman keçdikcə dünya bazarında taxıl və şəkərdə qıtlığa səbəb ola bilər.
Altay İsmayılov deyir ki, Azərbaycan Rusiyadan əhəmiyyətli miqdarda taxıl idxal edir, şəkər idxalında isə fərqli mənzərə yaşanır.
Ekspertin fikrincə bu qadağalar hələlik Avrasiya İttifaqı ölkələrinə şamil edildiyindən, Azərbaycanda yaxın günlərdə taxılın və şəkərin qiymətində artım gözlənilmir. Ancaq gün keçdikcə vəziyyət dəyişilə bilər. Bəs ölkəmizdə bu məhsulların qiymətində artım olmaması üçün hansı qabaqlayıcı tədbirlər görülməlidir?
Qeyd edək ki, BMT qlobal bazarda qiymət artımlarının davam edəcəyini bəyan edib. Təşkilatın hesablamalarına görə, dünya bazarında ərzaq məhsullarının qiymətləri növündən asılı olaraq ən azı 8-22 faiz intervalında yüksələcək