Rusiya-Ukrayna müharibəsinin bitəcəyi TARİX AÇIQLANDI - Amerikalı generaldan ŞOK PROQNOZ ŞƏRH

09:15 17 Mart 2022

ABŞ ordusunun keçmiş komandanı Ben Hodges hesab edir ki, Ukraynaya dəstək artarsa, 10 gün sonra Rusiyanın hücum imkanları tükənəcək; hərbi analitik: “Bu fikrə informasiya savaşı kimi baxmaq lazımdır, çünki...”

ABŞ ordusunun Avropadakı keçmiş komandanı, istefada olan general Ben Hodges Qərbin Ukraynaya dəstəyini sürətləndirəcəyi təqdirdə 10 gün sonra Rusiyanın hücum imkanlarının tükənəcəyini açıqlayıb. “Yeni Müsavat” xəbər verir ki, o, bu barədə Amerikanın “MSN BC” kanalına verdiyi müsahibədə bildirib. “Bizim əlimizdə olan məlumatlara görə, artıq Rusiyanın resursları tükənib. Əgər Ukrayna 10 gün də tab gətirərsə və Qərb öz dəstəyini əsirgəməzsə, Rusiyanı sıxmaqda davam edərsə, müharibənin taleyi həll olunacaq”, - deyə Ben Hodges əlavə edib. Yəni indiyədək Avropa Birliyi ölkələrindən, B.Britaniyadan, ABŞ-dan Ukraynaya edilən hərbi yardım yetərli olmayıb və daha güclü dəstəyə ehtiyac var. Amerikalı generalın məntiqi ilə ABŞ-NATO gücləri Kiyevi indikindən qat-qat artıq silahlandırmalı, rus ordusunu döyüş meydanında yormalıdır.

Bu arada, Ukrayna Silahlı Qüvvələri bir neçə istiqamətdə əks-hücuma keçib. Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə belə yazıb. O, ölkədəki son durumu açıqlayıb. “Hazırda nə baş verir? Birincisi, Ukrayna Silahlı Qüvvələri bir sıra operativ istiqamətdə əks-hücuma keçib. Bu, tərəflərin dispozisiyasını kardinal şəkildə dəyişir. İkincisi, rusiyalı jurnalistlərin telekanallarından qaçışı başlayır. Nəhayət, Rusiya rəhbərliyi əsgərləri ölməyə hazır olan müttəfiqlər axtarmağa çalışır”, - o qeyd edib.

Lakin Ukraynanın müharibədə tam üstünlüyü əldə edə bilməsi üçün iki mühüm dəstəyə ehtiyacı var: NATO tərəfindən qeyri-uçuş səmasının bağlanması və qırıcı təyyarələrin verilməsi. Əgər bu yardım olarsa, amerikalı generalın dediyi kimi, rus ordusunun müqavimətini tam qıra və dəf edə bilərlər. Bu arada, ABŞ müdafiə naziri Lloyd Ostin NATO baş katibi Yens Stoltenberqlə birgə görüşdən əvvəl mətbuat önündə çıxışında deyib ki, Ukraynanı dəstəkləməyə davam edəcəyik. “Ukraynanın suveren və legitim hökuməti var. Biz Ukraynanın özünü müdafiə qabiliyyətini gücləndirməyi dəstəkləyirik və dəstəkləyəcəyik. NATO-nun bugünkü iclası dünyaya siqnal göndərir ki, alyans Ukraynaya dəstək məsələsində həmrəydir. Biz Rusiyanın Ukraynaya əsassız hərbi hücumunu və işğalını qınayırıq”, o deyib.

DİN-dən Səbuhi Xanlarovun “tiktok”da dediyi bu sözlərlə bağlı AÇIQLAMA

 Ruslan İmamquliyev

Hərbi analitik Ruslan İmamquliyev amerikalı generalın fikirlərini bölüşmür və verilən açıqlamanı daha çox informasiya müharibəsinin tərkib hissəsi kimi dəyərləndirir. Onun “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiyaya sanksiyalar tətbiq edilsə də, istər qaz, istər neft sektorunda satışları davam etməkdədir. Hərbi ekspert hesab edir ki, indi neft-qaz satışında mövcud qiymətlər əvvəlki ilə müqayisədə ikiqatına çıxıb, bu da Rusiyaya sanksiyaları kompensasiya etməkdədir: “Amerikalı generalın fikrinə informasiya savaşı kimi baxmaq lazımdır və verilən açıqlamalarda xətalar olduğunu düşünürəm. Rusiyanın iqtisadi blokadası, çətinliyi ola bilər, amma o demək deyil ki, bu təzyiqlər ölkəni tükədəcək. Çünki sanksiyalar bütün istiqamətlərdə aparılmır, digər sektorlarda olan gəlirlər kompensasiya edir. Hazırda neft, kənd təsərrüfat və kimya məhsullarına heç bir sanksiya tətbiq olunmayıb”.

R.İmamquliyevin fikrincə, sadəcə, rus ordusunun hərbi əməliyyatları davam etdirməsində Qərbin xətası var: “Çünki legion beynəlxalq ordusunun yaradılması ortaya atıldı. Söhbət muzdluların Ukraynaya gətirilməsindən gedir. Rusiya da buna cavab olaraq bir sıra ölkələrdən muzdlu gətirir. O baxımdan döyüşlər assimetrik müharibə formasını almaqdadır. Bu savaş Ukrayna-Rusiya müharibəsindən ziyadə, dünya müharibəsinə çevrilməkdədir, artıq Çinin də cəlb olunması prosesi gedir”.

İran Ermənistana daha çox dost və qardaşdır, bizimlə isə sadəcə qonşudur - Ramiyə  Məmmədova

 Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, ABŞ və Qərb hərbi yardımları davam etdirir, amma qırıcı təyyarələr verməlidir, “Patriot” raketləri ilə təmin etməlidir: “Rusiyanın hücum imkanları ilə yanaşı Ukraynanın müdafiə qabiliyyətini də hesablamaq lazımdır. Ukrayna 22 gündür ki, tab gətirməyə çalışır, ancaq Zelenski də vəziyyətin ağır olduğunu etiraf edir. Ona görə Ukrayna səması bağlanmasa, hava hücumundan müdafiə sistemi yüksək səviyyədə təmin olunmasa, onların dözüm imkanları da tükənə bilər. Zelenski açıq deyir ki, NATO bizi heç vaxt üzv qəbul etməyəcək. Deməli, yaxın zamanda neytral status razılaşması əldə edilə və hərbi əməliyyatlar dayana bilər”./musavat



Xəbər xətti