Rusiyanın əsir götürdüyü mer necə sərbəst buraxıldı? - DETALLAR

09:30 17 Mart 2022

Bir neçə gün öncə Rusiya hərbçiləri tərəfindən qaçırılan Melitopol meri İvan Fedorov sərbəst buraxılıb.

Musavat.com “qafqazinfo”ya istinadən xəbər verir ki, merin necə sərtbəst buraxılmasına dair suala da aydınlıq gəlib.

Bu barədə Ukrayna Prezident Ofisinin mətbuat katibi Darya Zarivna açıqlama verib. Onun sözlərinə görə, İvan Fedorov 2002-2003-cü il təvəllüdlü, əsir götürülən 9 rus əsgəri ilə dəyişdirilib.

Zarivnanın sözlərinə görə, ruslar Federovu əməkdaşlığa cəlb etmək istəsələr də, buna nail ola bilməyiblər. Dövlət rəsmisi merin 5 gün əsirlikdə qaldığını bildirib.



Xəbər xətti