Fransa prezidenti Emmanuel Makron və Ukrayna prezidenti Vladimir Zelenski Parisdə görüşüb.
Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, Makron və Zelenskinin Parisdə təxminən 3 saat davam edən görüşü ilə bağlı Yelisey Sarayından verilən ortaq açıqlamada iki liderin Ukrayna-Rusiya müharibəsini pislədikləri bildirilib.
Rusiyanın Ukrayna ərazisindən hərbi qüvvələrini dərhal və qeyd-şərtsiz çəkməli olduğu vurğulanaraq, Fransa və Ukraynanın da Rusiyanı Zaporojye atom elektrik stansiyasından çəkilməyə çağırdığı bəyan edilib.
Bəyanatda Fransanın Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə sadiq olduğu vurğulanıb.
Paris rəhbərliyinin lazım olduğu müddətcə Ukraynaya siyasi, maliyyə, humanitar və hərbi dəstəyini davam etdirəcəyinə diqqət çəkən bəyanatda, Fransa qarşıdakı həftələrdə bir çox batalyonlara təlim keçəcəyi və onları onlarla zirehli texnika və yüngül tanklar, o cümlədən AMX 10-RC tipli yüngül döyüş tankları ilə təchiz edəcəyi qeyd olunub.