Türkiyənin böyük şəhərlərində vəziyyət necədir?

11:04 15 May 2023

Türkiyənin 3 böyük şəhərində prezident seçkilərinin nəticələri açıqlanıb. 

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul şəhərində səslərin 99,99 %-i sayılıbNəticələrə görə, Rəcəb Tayyib Ərdoğan: 46,68 %,  Kamal Kılıçdaroğlu: 48,55 %, Sinan Oğan: 4,51 % səs toplayıb.

Ankara şəhəri üzrə səs nəticələrində Rəcəb Tayyib Ərdoğan: 46 %, Kamal Kılıçdaroğlu: 47,31 %, Sinan Oğan: 6,39 % - dir.

İzmir şəhəri üzrə isə Rəcəb Tayyib Ərdoğan: 31,47 %, Kamal Kılıçdaroğlu: 63,29 %, Sinan Oğan: 4,76 % səs toplayıb.

Qeyd edək ki, sandıqların 99,3 faizi açılıb. 49,41 faiz səslə Ərdoğan liderdir. Kılıçdaroğlu 44.96 faiz səslə ikincidir.

 



Xəbər xətti