Putin sona qədər gedəcəyini dedi: 18 martda bütün şəhərlərdə...

10:53 17 Mart 2022

Ukrayna prezidenti Volodimir Zelenski fəaldır, hər gün açıqlama və müsahibələr verir, sosial şəbəklərdə fikirlərini paylaşır, onlayn konfranslara qatılır. Rusiya prezidenti Vladimir Putin bu rejimdə işləməyə öyrəşməyib. Ancaq qarşı tərəf informasiya savaşında fəaldırsa, Sən passiv ola bilməzsən, bunu informasiya müharibəsinin xarakteri diqtə edir".

SİTAT.İNFO-nun xəbərinə görə, bu sözləri yazan politoloq Elxan Şahinoğlu onu da əlavə edib ki, Putin Zelenski qədər fəal olmasa da, açıqlama, müsahibə və tvitlərin əvəzinə hökumət üzvləri ilə keçirdikləri toplantılar vasitəsilə mövcud vəziyyətə qiymət verir: "Bu gün “Rusiya regioanlarının sosial-iqtisadi durumu”nu müzakirə etmək adı altında Ukraynadakı müharibəylə bağlı fikirlərini paylaşıb. 

Birincisi, Kreml sahibi deyib ki, guya müharibə planlaşdırıldığı kimi gedir. Halbuki, Rusiyanın itkiləri çoxdur, vurulan hərbi texnikanın sayı-hesabı yoxdur, iki günə Kiyevi işğal etməli olan ordu meşələrdə ilişib. İkincisi, Putin sona qədər gedəcəyini bəyan edib. Yəni bu insan faciəsi ilə hesablaşmır. Əksinə Putin təlimat verib ki, Krımın ilhaqı tarixi – 18 mart Rusiyanın bütün şəhərlərində konsertlərlə qeyd edilsin. Müharibəni bitirməmiş, ordusunun ölən minlərlə hərbçinin xatirəsini toy-bayramla yad etmək istəyir".



Xəbər xətti