“Ümummilli Lider Heydər Əliyevin 100 illiyi”nə həsr olunmuş Milli Məclisin xüsusi iclasında iştirak etmək məqsədilə ölkəmizə səfərə gələn Ukrayna Ali Radası Sədrinin müavini xanım Olena Kondratiukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük.
Sitat.info xəbər verir ki, bu barədə Milli Məclisin sədr müavini Adil Əliyev məlumat verib.
“Görüşdə ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərdən bəhs edərək, qarşılıqlı fəaliyyətin hər iki ölkənin mənafeyinə uyğun olmasını qeyd etdik. Eləcə də, Ermənistanın 30 il davam etmiş təcavüzündən bəhs edərək, işğal altında qalmış rayon və şəhərlərimizin xarabalıqlara çevrilməsini bildirdim. İşğaldan sonra isə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılmış abadlıq-quruculuq işlərindən bəhs edərək, beynəlxalq hava limanlarının tikilməsini, “ağıllı şəhər”, “ağıllı kənd” kimi müasir layihələrin salınmasını, nəticədə məcburi köçkünlərin 30 ildən sonra öz evlərinə geri qayıtmasını bildirdim” – A.Əliyev qeyd edib.
İclasda deputat həmkarlarım Məşhur Məmmədov və Erkin Qədirli iştirak edib.