Kremlin sözçüsü Dmitri Peskovun seçki mesajı

14:48 15 May 2023

Kremlin sözçüsü Dmitriy Peskov, Rusiya ilə Türkiyənin bir çox sahədəki əməkdaşlığına görə Türkiyədəki seçkiləri maraqla izlədiklərini ifadə edərək bildirib ki, Türk xalqının seçiminə hörmətlə yanaşırıq və hörmətlə yanaşacağıq. Bununla belə, əməkdaşlığımızın davam etməsini və genişlənməsini gözləyirik.

Sitat.info xəbər verir ki, Peskov Türkiyədə keçirilən Prezident və 28-ci Dövr parlament seçkiləri ilə bağlı paytaxt Moskvada jurnalistlərə açıqlamalar verib.

Türkiyə ilə Rusiyanın bir çox sahədə, xüsusilə də iqtisadiyyatda geniş əməkdaşlıq həyata keçirdiyinə diqqət çəkən Peskov: “Biz Türkiyə ilə enerji, turizm, ticarət, nəqliyyat, kənd təsərrüfatı, yol kimi müxtəlif sahələrdə geniş miqyasda qarşılıqlı faydalı əməkdaşlıqda həmrəyik", - deyə qeyd edib.

Sözügedən əməkdaşlığın türk və rus xalqlarının maraqları istiqamətində inkişaf etdiyini vurğulayan Peskov  vurğulayıb ki, bu səbəbdən seçkilərlə bağlı Türkiyədən gələn xəbərləri böyük maraqla izləyirik.

Seçkilərin nəticələrinə hörmətlə yanaşdıqlarını ifadə edən Peskov: "Türk xalqının seçiminə hörmətlə yanaşırıq və hörmət edəcəyik. Bununla belə, hər halda əməkdaşlığımızın davam etməsini, dərinləşməsini və genişlənməsini gözləyirik", - ifadəsini işlədib.

“Türkiyə güclü, suveren bir ölkədir və təbii ki, şəffaf və demokratik seçkiləri təmin edən, hər cür qanunsuz hərəkətlərin qarşısını ala bilən bir ölkədir”, - Peskov qeyd edib. 

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti