MHP-dən II tur açıqlaması: Ərdoğan böyük fərqlə birinci olacaq

15:50 15 May 2023

 Türkiyədə eyni gündə həm prezident, həm də 28- buraxılış parlament seçkiləri keçirildi.

Sitat.info xəbər verir ki, artıq rəsmi nəticələrə görə, qutuların 99,87 faizi açılıb, prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğan isə 49,5 faiz səs toplayıb. Kamal Kılıçdaroğlu 44,89 faiz səs toplayıb.

Bu nəticələrdən sonra seçkinin II tura qalacağı istisna edilmir. MHP sədrinin müavini Semih Yalçın açıqlamasında bildirib ki,  prezident seçkilərində Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan yarışı xeyli irəlidə başa vurdu. Türkiyə Böyük Millət Məclisində Cümhur İttifaqı çoxluğu qazanıb. Artıq bəlli olub ki, cənab Ərdoğan mayın 28-də keçiriləcək ikinci turda açıq-aşkar birinci olacaq və Türkiyə Respublikasının 13-cü prezidenti seçiləcək”.  

Nərgiz,

Sitat.info



Xəbər xətti