Azərbaycanın Baş naziri Əli Əsədov mayın 15-də ölkəmizdə səfərdə olan İordaniya Haşimilər Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Ahmed Al-Safadi ilə görüşüb.
Sitat.info xəbər verir ki, görüşdə Bakıda keçirilən Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclasının önəmi vurğulanıb, İordaniyanın tədbirdə yüksək səviyyədə təmsil olunmasından məmnunluq ifadə edilib.
Azərbaycan-İordaniya əməkdaşlığının bir çox sahələrdə uğurla inkişaf etdiyi bildirilib, parlamentlərarası əlaqələrin müsbət dinamikası yüksək qiymətləndirilib.
Eyni zamanda iki ölkə arasında ticarət-iqtisadi, investisiyaların təşviqi, humanitar, turizm və digər istiqamətlərdə əlaqələrin perspektivləri müzakirə olunub.