Ukraynada meşə yanğınları başlayıb

13:03 16 May 2023

Rusiyanın cənub-qərbindəki meşə yanğınları nəzarət altına alındıqdan sonra Ukraynanın şimalında meşə yanğını başlayıb.

Sitat.info xəbər verir ki, Ukrayna Fövqəladə Hallar Xidmətindən verilən açıqlamada bildirilib ki, qruplar mayın 15-də yerli vaxtla saat 14:30 radələrində paytaxt Kiyevin şimalında meşə sahəsinin yandığı xəbərini alıb. Yanğının söndürülməsinə Milli Qvardiyanın da cəlb olunduğu bildirilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti