Azərbaycanda deputatların maaşı növbəti dəfə artdı - YENİ RƏQƏM

13:14 16 May 2023

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının maaşları artırılıb.

​​​​Sitat.info APA-ya istinadən xəbər verir ki, bu, altıncı çağırış Ali Məclisin 10-cu sessiyasının gündəliyində duran “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” qanunda dəyişiklik edilməsi məsələsində öz həllini tapıb.

Əvvəllər deputatlara 25 faiz vergisiz cari xərclər ödənilirdisə, artıq o xərclər ləğv olunub və vergilər də daxil olmaqla deputatların əməkhaqqı 950 manat müəyyən edilib. Buna qədər deputatların maaşı 750 manat olub.



Xəbər xətti