Əkrəm Əylislidən şok açıqlama: "Anamın erməni olduğunu deyirdilər. Əylisliyə gedib, qəbrini axtarmışdılar"

13:34 16 May 2023

Yazıçı Əkrəm Əylisli Türkiyədəki prezident seçkilərinə münasibət bildirib.

Sitat.info-ya danışan yazıçı bildirib ki, namizədlərdən kimin seçilməsinə qarışmır, əsas odur ki, ürkiyədə böyük və nümunəvi seçki keçirilir: "Türk xalqının əzəmətini, demokratiyaya yaxın olduğunu deməliyik.  Bir sözlə dünyanı heyran qoyurlar".

Ərdoğan hakimiyyətdən gedərsə, Türkiyə-Azərbaycan münasibətlərinin necə olacağına gəlincə, Ə.Əylisli bildirdi ki, bunu proqnoz vermək çətindir: "Düşünürəm ki, əsaslı dəyişiklik olmaz. Ancaq müəyyən dəyişikliklər ola bilər. Bunu proqnoz vermək çox çətindir.  Türkiyə ilə münasibətlərdə bizi təşvişə salacaq bir qaranlıq nöqtə yoxdur".

Kılıçdaroğlunun anasının ermənidir, özü ermənipərəstdir deyə iddialara var. Onlara münasibət bildirən Əylisli qeyd edib ki, bu qarayaxmadır: "Mənə də deyirdilər ki, anası ermənidir. Bu ən aşağı səviyyədə qarayaxmadır. Bundan o yana səviyyəsizlik yoxdur. Hətta gedib, Əylislidə anamın qəbrini axtarmışdılar. Belə şeylər eşidəndə ürəyim bulanır. Kiməsə şər atmaq doğru deyil.Belə qarayaxma təcrübəsi Sovetdən qalıb, bir az da eybəcər şəkildə qalıb".

Seçkiyə gəlincə, türk xalqı Ərdoğanı da seçsə, Kılıçdaroğlunu da seçsə, mənim üçün önəmli olan türk xalqıdır. Kimi seçsələr bizim münasibətimiz dəyişməyəcək" - deyə yazıçı əlavə edib. 

Məğrur,

Sitat.info



Xəbər xətti