"Bizi qırırlar, batalyondan cəmi 20 nəfər qalıb" - rus əsgər göz yaşları ilə etiraf etdi VİDEO

12:29 17 Mart 2022

"Bizi buraya göndərəndə dedilər ki, xüsusi hərbi əməliyyat tezliklə başa çatacaq. Amma müharibə tezliklə başa çatana bənzəmir".

Ukraynanın Mariupol şəhərində Rusiya Silahlı Qüvvələrinin iki mənsubu orta məktəblərdən birinin dəhlizində video çəkərək ailə üzvlərinə yollayıblar.

SİTAT.İNFO  bildirir ki, videoda əsgərlər Ukraynadakı döyüşlərin ağırlığından, vəziyyətlərinin çox pis, qorxulu və məşəqqətli olmasından şikayətləniblər.

"Bizi qırırlar, axırımıza çıxırlar. Batalyondan cəmi 20 nəfər qalıb. Dəhşətdir. Hər yerdən atırlar, vururlar. Bizi harada ən ağır yer varsa, ora yollayırlar. Vəziyyət pisdir! Çox pisdir!", - əsgərlərdən biri deyib.

O biri isə "Elə demə!" söyləyərək yoldaşına xəbərdarlıq edib.

 



Xəbər xətti