"Adətən belə vəziyyətlərdə autsayder öz seçicilərinə müraciət edir. Müraciətində onları namizədlərdən hər hansı birinə səs verçəyi çağırır. Məhərrəm İncə prossdən çıxdı, Sinan Oğanın başına şahlıq quşu qondu. İncənin tərəfdarları Sinan Oğana səs verməli oldular. İndi hamını bu sual düşündürür ki, Sinan Oğan səslərini Rəcəp Tayyip Ərdoğana, yoxsa Kamal Kılıçdaroğluna verəcək? Sinan Oğan bilməlidir ki, Ərdoğan öz rəqibini təxminən 5 faiz üstələyir. Bu isə milyonlar deməkdir".
Sitat.info xəbər verir ki, bu sözləri Sitat TV-nin efirində deputat, siyasi elmlər doktoru Elman Nəsirov deyib.
O vurğulayıb ki, ikinci turda Sinan Oğan Ərdoğanın yanında yer alsa, avtomatik cənab Ərdoğanın növbəti dəfə prezident seçilməsinə unikal imkanlar açılır: "Ərdoğan böyük səs çoxluğu ilə qalib olacq. Oğan isə hakimiyyətlə danışıqlara gedib, gələcəyi ilə bağlı öz istəklərini ortaya qoya bilər".
E.Nəsirov hesab edir ki, Kılıçdaroğlu indiki məqamda uduzmuş tərəfdir: "Uduzmuş tərəflə koalisiyaya getmək, onunla işbirliyinə getmək məntiqli olmaz. Bunun perspektivini düşünmək lazımdır. Belə bir addım atacağı təqdirdə ona səs verən 5.2 faiz seçici onun bu addımından qəzəblənə bilərlər, dəstəkləməyə bilər.
Qalib gəlməyə real namizədlə danışığa getmək daha məntiqlidir, nəinki illuziyalarla yaşayanla".
Məğrur,
Sitat.info