Prezidentin sözçüsü İbrahim Kalın “A Haber”in canlı yayımında gündəmlə bağlı açıqlamalar verib.
Sitat.info Türkiyə mediasına istinadən xəbər verir ki, Kalın ikinci dövrün Ərdoğan üçün daha asan olacaq: "Fərq açıq-aydın görünür. Aradakı fərqin bağlanacağını düşünmürəm. 5 xal fərq. 2,5 milyona yaxın səs fərqi var. Bu fərqin aradan qalxma ehtimalı yoxdur. Öz səslərimizi saxladığımız üçün ikinci turda yeniləri əlavə olunacaq. Güvən və sabitlik mühiti davam etdiyi üçün və bir neçə başqa səbəbə görə türk millətinin 49,5-i prezidentimizə səs verdi. Bu dəstək "Türkiyə yüzili" perspektivinə görə ikinci turda da davam edəcəyi görünür".
İ.Kalın vurğulayıb ki, iki namizəddən ən çox səs toplayan prezident seçiləcək: "Sinan bəyin tezislərini nəzərə alanda mən bilirəm ki, onun mövqeyi Cümhur İttifaqına daha yaxındır. Mənim də şəxsi tanışlığım var. Fasiləli təmaslarımız davam edir. Gözəl bir kampaniya keçirdi, öz tezislərini dilə gətirdi. Terrorla mübarizə, qaçqınlar və digər əhəmiyyətli mövzulara toxundu".
Nərgiz,
Sitat.info