Suriya vətəndaşı zəlzələdən 3 ay sonra dağıntılar altından sağ çıxarılıb.
Sitat.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Kimliyi açıqlanmayan şəxsin sağlıq durumunun ağır olduğu bildirilir. O, təcili tibbi yardımla xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, fevralın 6-da Suriyada baş vermiş güclü zəlzələ nəticəsində 6 minə yaxın şəxs vəfat edib.